Tərtərdə at əti satmağa hazırlaşan 4 nəfərlik dəstə ifşa olundu

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə at əti satmağa hazırlaşan 4 nəfərlik dəstə ifşa olundu

Sosial

07 Fevral 2026 10:53 477


Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

"Yeni Sabah"un xəbər verir ki, rayon polisi Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə birlikdə reyd keçirib.

Qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar. Dominos pizza

T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!