Tərtərdə doğuşdan sonra qadının ölümü: İlkin səbəb açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə doğuşdan sonra qadının ölümü: İlkin səbəb açıqlandı

Hadisə

13 Mart 2026 13:09 369


Tərtərdə doğuşda vəfat edən qadının ölümünün ilkin səbəbləri açıqlanıb.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü Röya Allahverdiyeva Rayon Mərkəzi Xəstəxanasına 39-40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub.

Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib. pizza mizza

Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.

Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, saat 21:50 radələrində onun bioloji faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.

Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.

Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq.

Qeyd edək ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!