Tərtərdə heyvanlar peyvəndlənir

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə heyvanlar peyvəndlənir

Rəsmi

11 Aprel 2019 17:36 1061


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Tərtər rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Tərtər Rayon Baytarlıq İdarəsinin 12 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.

“Yeni Sabah” xəbər verir ki, hazırda Tərtər Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 27500 baş iribuynuzlu, 54 min baş xırdabuynuzlu, 800 baş təkdırnaqlı heyvan, 3 min baş it və 264300 başdan artıq ev quşuna baytarlıq xidməti göstərir.

Hazırda Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən Bəyimsarov kəndi ərazisində yerləşən İbrahimov Habil Qaməddin oğluna məxsus kəndli (fermer) heyvandarlıq təsərrüfatında saxlanılan 306 baş holştein-friz cinsli iribuynuzlu heyvanlar arasında nodulyar dermatit xəstəliyi əleyhinə peyvəndləmə aparılıb. Eləcə də həmin təsərrüfatlarda ilin əvvəlində qarayara, daha sonra isə dabaq xəstəlikləri əleyhinə profilaktik tədbir icra edilib. Ümumiyyətlə, Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 27621 baş iribuynuzlu, 750 baş təkdırnaqlı heyvanda qarayara və 2984 baş sahibli itdə quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb. pizza sifarişi

Fevral ayından Tərtər rayonu ərazisində saxlanılan iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 27438 baş iribuynuzlu, 121399 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Mart ayının ilk günlərindən isə Tərtər Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 7800 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin iribuynuzlu heyvanlar arasında vərəm xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 2766 baş iribuynuzlu heyvanlarda allergik müayinə aparılıb. Eləcə də 3 min kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!