Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ondan 1 ədəd “AK-74” avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb. Q.Əhmıdov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib. Dominos pizza
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Telegram kanalımız