Tərtər rayonunda qanunsuz ov edən iki dost tutulub.
"Yeni Sabah" indi verdiyi məlumata görə, yanvarın 26-da daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıb.
Belə ki, Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən kənd sakinləri Zülfəli Abbasov və Habil Cəfərov saxlanılaraq şöbəyə gətirilib. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli ov tüfəngləri, 3 ədəd patron və 8 ədəd çöl quşu götürülüb. Dominos pizza
Z. Abbasov və H. Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib.
Telegram kanalımız