Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu   - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu - TƏFƏRRÜAT

Kriminal

12 Aprel 2026 13:14 439


Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib.

Belə ki, bir il əvvəl baş verən insident zamanı, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş. pizza

Ötən gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!