Tərtər rayonunda traktorun aşması nəticəsində bir nəfər xəsarət alıb.
"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Adil Əliyev idarə etdiyi “Belarus” markalı traktorda hərəkətdə olarkən idarəetməni itirərək onu aşırıb. Nəticədə A.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sezar pizza
Yaralı ilk öncə Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə göndərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız