Tərtər rayonunda 21.5 km uzunluğunda yeni avtomobil yolu inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, Tərtər rayonunun Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun inşa edilib.
Layihə əsasında yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılıb. Bundan başqa hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətlərinin çəkilişi də aparılıb. pizza mizza
Yeni yolun inşası ilə yol boyu yaşayan əhalinin rayon mərkəzinə və qonşu rayonlara rahat gediş-gəlişi təmin olunacaq, onların yetişdirdikləri məhsullarının tez və xarab olmadan daşınması imkan yaranmaqla sözügedən ərazidə kənd təsərrüfatı daha da inkişaf edəcək. Bu isə öz növbəsində vətəndaşların sosial rifah halının yüksəlməsinə gətirib çıxaracaq.
Telegram kanalımız