Rusiyanın Ukraynaya təcavüzündən sonra bir sıra sənətçi ölkəni tərk edib. Xalq artisti Alla Puqaçova, Maksim Qalkin, Valeri Leontyev, Vera Brejneva və başqaları qürbəti vətəndən üstün tutub. İllər boyu Rusiyada yaşamış, dövlətdən fəxri adlar, özünə pərəstişkar ordusu toplamış, xaricdə dəbdəbəli daşınmaz əmlak və maddi sərvət toplamış sənət adamlarını Rusiyadan bezdirən nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev sənət adamlarının siyasətə qarışmasının doğru olmadığını bildirib:
“Sənətçi hər zaman sülhsevər olur, irqindən, dinindən, milliyətindən asılı olmayaraq, hamıya tamaşaçı kimi baxır. Ziyalı insan heç vaxt dava istəməz. Bundan əlavə, ruslar və ukraynalılar eyniköklü millətdir, hər iksi slavyan xalqı və xristiandır. Bu da müəyyən qədər sənət adamlarının bu cür təpki verməsində rol oynayır, çünki qardaş qardaşı qırır. Dominos pizza
Təsəvvür edin ki, biz Türkiyə, yaxud Özbəkistanla müharibə aparırıq. Bizə yaraşarmı ki, eyni millət bir-birini qırsın? Bəzən görürsən ki, sənətdə olan, siyasətə uzaq insanlar birdən-birə siyasətə qoşulurl lazımsız PR edir, özlərini tanıtmaq istəyir. Bunlar boş şeylərdir. Siyasətlə siyasətçi məşğul olmalıdır”.
Aktyor müharibəni qızışdıranların olduğunu qeyd edib:
“Tolstoy, Dostoyevski, Çexov düşmənimiz deyil. Onları hamımız oxuyuruq. Ümumiyyətlə, milli münaqişələr olmasa yaxşıdır, amma təəssüf ki, müharibəni qızışdıran, silah sənayesini inkişaf etdirib pul qazanmaq istəyən dövlətlər var.
İnsan düşünməlidir ki, cəmi bir ömür yaşayır, ikinci dəfə dünyaya gəlmir. Hitleri, Napaleonu, Çingiz xanı indiyə qədər söyürlər. Biz, sənət adamları siyasətə qarışa bilmərik, yalnız münasibət bildirə bilərik. Sözümüzü səhnədə, efirdə deyə bilərik. Bu zaman da gərək təhqirə yol verməyəsən. Ən əsası isə məsələnin kökünü bilməmiş, mövzunu dəqiqləşdirməmiş fikir bildirməməlisən”.
Əsmətxanım
Telegram kanalımız