Tesla daha ucuz yeni modelini təqdim edəcək

saytların hazırlanması

Evə çatdırılma

Tesla daha ucuz yeni modelini təqdim edəcək

Avto

25 İyul 2025 10:28 1397


Tesla şirkəti daha münasib qiymətə sahib olacaq yeni elektrik avtomobili üzərində çalışdığını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi açıqlamada bildirilir. Elon Musk-ın rəhbərlik etdiyi Tesla şirkəti, daha geniş istifadəçi kütləsinə xitab edən yeni modelin gələcəyini təsdiqləyib.

Yeni avtomobilin satış qiymətinin hazırkı modellərlə müqayisədə daha əlçatan olacağı, xüsusilə Avropa və Asiya bazarlarında rəqabət üstünlüyü yaradacağı gözlənilir. Pepperoni pizza

Qeyd olunur ki, Tesla bu modellə elektromobil bazarındakı payını artırmağı və “kütləvi elektrikləşmə” hədəfinə daha da yaxınlaşmağı planlaşdırır.

Şirkət yeni modelin dəqiq təqdimat tarixini açıqlamasa da, ilkin mərhələdə Çin və Meksikadakı zavodlarda istehsal ediləcəyi bildirilir.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!