“Tesla” iki milyondan çox avtomobilini geri çağırır

saytların hazırlanması

Evə çatdırılma

“Tesla” iki milyondan çox avtomobilini geri çağırır

Avto

13 Dekabr 2023 18:12 5416


ABŞ-nin elektrikli avtomobil istehsalçısı “Tesla” 2,03 milyon avtomobilini geri çağıracaq.

Bu qərar avtopilot kimi tanınan qabaqcıl sürücüyə dəstək sistemində (Autopilot) idarəetmə probleminin aradan qaldırılması məqsədilə verilib.

Bu, avtopilotdan istifadə zamanı baş verən bir sıra qəzalarla bağlı ölkənin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi tərəfindən (NHTSA - National Highway Traffc Safety Administration) aparılan ikiillik araşdırmadan sonra həyata keçirilir. pizza hut

NHTSA uzun müddətdir ki, “Tesla” avtomobillərində avtopilotdan istifadə zamanı sürücülərin kifayət qədər diqqətli olub-olmadığını yoxlayır.

“Tesla”nın avtopilot sistemi avtomobillərin öz zolaqları daxilində avtomatik olaraq yönləndirilməsinə, sürətlərinin artırılmasına və əyləcə basılmasına kömək edir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!