“Bizim gözlədiyimiz turist kütləsinin gəlməsi may ayından tez olmayacaq”.
Bu sözləri Yenisabah.az-a Turizm üzrə ekspert Cabir Dövlətzadə deyib. O, Azərbaycanın turizm sektorunun son durumu haqqında danışarkən, ərəb ölkələrindən gələn turistlərdə ciddi azalma müşahidə olunduğunu vurğulayıb.
“Hal-hazırda pandemiya davam edir. Mayın 1-dən qadağaların götürüləcəyi gözlənilir. Hətta quru sərhədlərin açılması barədə müəyyən fikirlər var. Sərhədlər açılacaqsa, kütləvi turizmin inkişafına müəyyən dərəcədə təsir göstərə bilər, çünki hazırda mərkəz otellərdə ciddi bir turist kütləsi yoxdur. Ramazan ayıdır və xüsusən Ərəb dünyasından gələn turistlərdə ciddi azalma müşahidə olunur. Rusiya və Ukrayna bazarı tamamilə dayanıb. Ukrayna qaçqınları sərhədyanı ölkələrə gedirlər ki, bu da turist statusu deyil. Bizim gözlədiyimiz turist kütləsinin gəlməsi, may ayından tez olmayacaq”. pizza mizza
Ekspert daxili turizmin inkişaf etdiyini, vətəndaşların yaz-yay aylarında bölgələrə üz tutduğunu bildirib.
“Daxili turizmdə isə rayonlara gedənlərdə artım müşahidə olunur və mövsümlə bağlı artacaq, çünki məktəblər yay tətilinə yollanacaq. Daxildə verilən xidmətlər son zamanlar ucuzdur. Daxildəki otellər, ulduzsuz və ya 1-2 ulduzlu otellər arasında rəqabət artdığı üçün, bölgələrdə uyğun qiymətlərlə otel tapmaq mümkündür. Bu da istər-istəməz yerli turistlərin həmin zonaya getməsinə təşviq edir. Şübhəsiz ki, xarici turistlərin sayı artdıqca, regionlarda olan otellər və motellərin doluluğu yüksəlir. Pandemiyanın azalmazı irəliləyən günlərdə bu sektorun işinə yaxşı təsir göstərəcək”.
Turizm sektorunun nə qədər ucuzlaşdığı deyilsə də, qiymətlər hələ də Türkiyə otellərindən, xüsusən yay mövsümündə təklif olunan qiymətlərdən dəfələrlə bahadır ki, bu da yerli turistlərin “hər şey daxil” yemək təklif edən otellərə üz tutması ilə nəticələnir. Türkiyədə qiymətlərin baha olduğunu nəzərə alsaq, yerli bazarda buna alternativlər niyə yoxdur sualına Cabir Dövlətzadə, Pandemiya dövründə olduğumuzu və irəliləyən vaxtlarda bunun təbliğini etməyin daha məqsədəuyğun olacağını qeyd edib.
“Bizdə bunu tətbiq edən, xüsusən yay mövsümündə az sayda dənizkənarı otellər var, amma bu kütləvi hal almayıb. Türkiyə bunu illərdir ki, tətbiq edir və tətbiq etdiyi üçün tur operatorlarla müqavilələr öncədən bağlanıb. Türkiyə seçiləndə artıq qidalanmada “hər şey daxil” ağıllarda olur. Bizdə bu təbliğat yüksək səviyyədə olmalı və bununla bağlı otellərlə bu məsələlər əvvəlcədən razılaşdı və ondan sonra belə bir təklif paketini xaricdə təbliğ etməlidirlər. Pandemiya dövründə olduğumuz üçün irəliləyən vaxtlarda bunu etmək daha məqsədəuyğun olardı. Bölgələrdə böyük resort otellər var ki, həmin otellərdə tətbiqi daha məqsədə uyğundur. Türkiyədə Antalya, Alanya, Bodrum və ya Marmaris bölgəsində bu halı müşahidə etmək çoxdandır mümkündür. Onlar bu “turizm ədəbi”ni çoxdandır yaşayırlar”.
Turizm eksperti daha sonra davam edib: “Bizdə isə son zamanlar pandemiya vəziyyəti kəskinləşdirdiyi üçün, belə bir təklifin ortaya atılması irəliki vaxtlarda məqsədəuyğun olardı. Azərbaycanda turistlər əgər hazırda yalnız “yataq və səhər yeməyi” tarifi üzrə üz tutursa, bu bazar üçün indiki halda müsbət haldır. Ümid edək ki, bu, yayda yüksələn xətt üzrə davam etsin, çünki həm Ramazan ayı, həm də Rusiya-Ukrayna müharibəsi fonunda bazarda azalmalar müşahidə olunur. Eyni zamanda müstəqil dövlətlərdən, eləcə də Ərəb ölkələrinin turistlərində azalma müşahidə olunur. May ayını gözləyirik ki, müəyyən bir inkişaf olsun. Pandemiya, xüsusilə karantin rejimi qaldırılsın və biz normal bir rejimə keçək. Otelçilər və turizm şirkətləri normal dərəcədə nə isə qazana bilsinlər”.
Cavad Salmanlı
Telegram kanalımız