“Təxribatla məşğul olmayın...“ - Ziya Məmmədovdan   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Təxribatla məşğul olmayın...“ - Ziya Məmmədovdan - Açıqlama

Siyasət

07 Sentyabr 2019 12:08 1123


Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uzun illər nazir vəzifəsində işləmiş və istefaya göndərilmiş şəxslərin ünvanına sərt ittihamlar səsləndirib. Millət vəkili sabiqləri mövqesizlik nümayiş etdirməkdə günahlandırıb.

“Yeni Sabah” xəbər verir ki, “Sfera.az” səsləndirilən ittihamlarla bağlı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi yaradıb. Sabiq nazir qısa açıqlama verməklə kifayətlənərək, səsləndirilən ittihamların ona aid olmadığını bildirib: "Təxribatla məşğul olmayın. Siyavuş Novruzov mənim dostumdur”.

Xatırladaq ki, S.Novruzov eks-nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyərək onları xaricdə oturanları maliyyələşdirməkdə də ittiham edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!