Teymur Əmrah: Məndən olsa, 4 telekanalı bağlayardım

saytların hazırlanması

Evə çatdırılma

Teymur Əmrah: Məndən olsa, 4 telekanalı bağlayardım

Şou

14 İyul 2025 23:17 407


"Mənə musiqimizin səviyyəsini yaxşılaşdırmaq üçün səlahiyyət versəydilər, Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım".

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-nin "Qapqara" verilişindı Əməkdar artist Teymur Əmrah deyib.

O, telekanllarda musiqiyə dair problemlərdən söz açıb: Pepperoni pizza

"Mənə musiqimizin səviyyəsini yaxşılaşdırmaq üçün səlahiyyət versəydilər, Azərbaycanda fəaliyyət göstərən 4 kanalı bağlayardım. Çünki toyxanadan gəlib Xalq artisti olanları özəl kanalların bədii şuralarına rəhbər təyin etdikdən sonra səviyyə aşağı düşüb.

Əvvəllər müğənniləri efirə buraxmağın kriteriyaları var idi. Şair, bəstəkar, aktyor və musiqişünaslar ifaçının peşəkarlığına, geyiminə diqqət edər, yalnız uyğun namizədlər ekrana çıxardı".

Teymur Əmrah proqramda, həmçinin bəzi həmkarlarını qınayıb:

"Arzum hamının yaxşı insan olmasıdır. Əgər birinə yaxşılıq edirsənsə, onu demək olmaz. Amma elə sənətçilər var ki, bunu dilləndirirlər. Onlara yazıq, bədbəxt kimi baxıram. Həmin şəxslərin sənətləri ilə şəxsiyyətləri eyni səviyyədədir. Çünki insan kimi formalaşmış biri heç vaxt etdiyi yaxşılıqdan danışmaz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!