Teymur Mustafayev torpağa tapşırıldı

saytların hazırlanması

Evə çatdırılma

Teymur Mustafayev torpağa tapşırıldı

Mədəniyyət

12 İyun 2020 09:56 1026


Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev dəfn olunub.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, T.Mustafayev doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimində məhdud sayda insan (Xalq artistinin yaxın ailə üzvləri) iştirak edib. Pepperoni pizza

Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb.

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı Təbərrik Mustafayeva ötən il dünyasını dəyişib, oğlu Bakıxan Mustafayev isə 2007-ci ildə idarə etdiyi avtomobildə baş verən yanğın zamanı ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!