Təyyarə sərnişinləri barədə məlumatlar Gömrük Komitəsinə də ötürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə sərnişinləri barədə məlumatlar Gömrük Komitəsinə də ötürüləcək

Maraqlı

21 İyul 2020 23:18 917


Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmaq üçün elektron qaydada Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə yanaşı, Dövlət Gömrük komitəsinə də ötürüləcək.

Bundan əvvəl isə məlumatlar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinə göndərilirdi. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!