Təzəpir məscidində qanvermə aksiyası keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Din

25 İyun 2026 09:18 154


Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir.

"Yeni Sabah" xəbər verir ki, bu məscidlə yanaşı, Bakı və regionlarda ümumilikdə 30 məntəqədə qanvermə aksiyasının təşkili nəzərdə tutulub.

Bu məntəqələrin 23-ü məscid, qalanları isə xəstəxana və ziyarətgahlardır. pizza mizza

Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır.

Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!