Ermənistanda sülh müqaviləsinin mətni üzərində ciddi iş gedir.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O qeyd edib ki, tezliklə sülh müqaviləsinin mətni Azərbaycana təqdim ediləcək. Armen Qriqoryan bu haqda ictimaiyyətə əlavə məlumat veriləcəyini vurğulayıb. Sezar pizza
Ermənistan rəsminin sözlərinə görə, təkliflərdə Qarabağla bağlı maddələr də var. O əlavə edib ki, hazırda bütün məsələlər üzərində iş aparılır və razılaşdırılır.
Qeyd edəki, bu yaxınlarda Azərbaycan sülh sazişi ilə bağlı Ermənistana yeni təkliflər göndərib.
Telegram kanalımız