Təzyiqi dərmansız aşağı salmağın yolu

saytların hazırlanması

Evə çatdırılma

Təzyiqi dərmansız aşağı salmağın yolu

Sağlamlıq

03 Yanvar 2021 10:24 1058


Almaniyanın “Techniker Krankenkasse” sığorta şirkətinin mütəxəssisləri hesab edir ki, düzgün nəfəs alma texnikası yüksək qan təzyiqini aşağı salmağa kömək edir.

Yenisabah.az xəbər verir ki, söhbət açıq havada dərin nəfəs almaqdan gedir. Beləliklə, təbii mühitdə, məsələn, çəmənlikdə və ya meşədə qalmaq, vegetativ sinir sistemini sakitləşdirə bilər.

“Nəfəsimizi sakit və rahat formada ləngitməklə qan təzyiqini aşağı salırıq və ürəyə müsbət təsir göstəririk. Bədənə oksigen vermək üçün optimal vəziyyət - dərindən nəfəs alandan sonra tənəffüsü nisbətən gec buraxmaq lazımdır. Dərindən nəfəs almaq insan bədənində zədələnmiş hüceyrələri bərpa edir və yeni enerji ehtiyatları yaratmağa kömək edir”-mütəxəssislər bildiriblər. (Report) Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!