İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Doing Business 2020” islahatlarına dair mətbuat konfransı keçirib.
"Yeni Sabah" xəbər verir ki, konfrans zamanı “Doing Business 2020” islahatlarına həsr olunan islahat icmalı təqdim olunub. Mətbuat konfransı zamanı Vüsal Qasımlı bildirib ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, yaşıl dəhliz, elektron məhkəmə, elektron satınalma, tikintidə bir pəncərə, biznesə başlama, elektrikə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qeydiyyatı sahələrində mühüm islahatlar aparılıb. Bu səbəbdən Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir.
Qeyd edək ki, icmalda 11 indikator üzrə mövcud olan və daha sonra dəyişdirilən, sadələşdirilən prosedurlar haqqında da ətraflı məlumat təqdim olunub. pizza hut
V. Qasımlı hər bir indikator üzrə əlavə məlumat verib. Tikinti üçün icazələrin alınması indikatoru üzrə tikintiyə icazə ilə bağlı bütün texniki şərtlər və rəylər sahibkarın iştirakı olmadan elektron qaydada əldə olunur. Tikinti obyektinin istismarına icazə müddəti 20 gündən 10 günə endirilib. Tikintiyə və tikinti obyektinin istismarına icazə elektron müqavilə əsasında tam ödənişsiz aparılır. Tikinti və istismar üçün icazələrin alınması “Bir Pəncərə” prinsipi əsasında elektron şəkildə həyata keçirilir.
Elektrik təchizati şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı üzrə aparılan islahatlar, sosial sığorta haqqı və digər sahələrdə islahatlar aparılıb.
Telegram kanalımız