“Tikinti şirkətlərinin rəhbərləri cəzasını almalıdır“

saytların hazırlanması

Evə çatdırılma

“Tikinti şirkətlərinin rəhbərləri cəzasını almalıdır“

Sosial

09 Fevral 2019 15:06 1118


“Şikayətlərin hamısı dələduzluq faktı ilə bağlı deyil. Tikinti şirkətlərinin cinayət əməlləri ilə yanaşı inzibati pozuntular da kifayət qədərdir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert  Ramil Osmanlı deyib.Onun sözlərinə görə, tikinti şirkətlərinin əsas inzibati pozuntuları, adətən üzərlərinə götürdükləri öhdəlikləri  yetirməmək, idarəetmə ilə bağlıdır:

“Sakinlərin üzərinə kommunal ödəniş adı altında müxtəlif ödənişlər qoyurlar. Məbləğlər kifayət qədər yüksək olur. Eyni zamanda yığılan məbləğlərin hara, nəyə xərcləndiyi barədə hesabat olmur.  Bu da təbii ki, sakinlərin haqlı narazılığına səbəb olur. Digər vacib məsələlərdən biri tikinti şirkəti ərazisində aparılan alqı-satqı əməliyyatları zamanı müqavilələrin dəyişdirilməsi ilə bağlıdır. Şirkət rəhbərləri müqavilənin dəyişməsinə görə sakinlərdən külli miqdarda pul tələb edirlər. Bu tələblər qanunvericiliyə zidd olmaqla yanaşı, istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır.  Bəzən şirkətlər əlavə hesablamalar aparır ki, guya sakinlərə alqı-satqı zamanı müqavilədə götərdikləri kvadratlar düzgün hesablanmayıb. Buna görə sakinlərdən pul tələb edirlər. Belə problemlərin sayı çoxdur. Şikayətlər də sadaladığım məsələlərlə bağlı olur. Müxtəlif  ərazilərdə tikinti normaları kobud şəkildə pozulur. Bir bina qarşısında digərini tikirlər. Bundan başqa kommunal təchizatla bağlı problemlər var”.  Dördpendirli pizza

R.Osmanlı problemlərin həlli yolundan da danışıb. O bildirib ki, bu halların qarşısını almaq kifayət qədər asandır:

“Hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır. Biri İnzibati Xətalar Məcəlləsində idarəetməyə məhdudiyyətlərin qoyulmasıdır. İdarəetməyə maneələr yaradılması ilə bağlı artıq cərimə məbləğləri təsdiqlənib. Bunlar kifayət qədər böyük məbləğdir.Şirkət rəhbərləri, vəzifəli şəxslər  2-3 min manat,  mənzil tikinti koorporativləri (MTK) isə 5 min manatadək cərimələnə bilər. Ən vacib məsələlərdən biri  həmin binaların əksəriyyətində qeydiyyat probleminin hələ də qalması ilə bağlıdır. Sakinlər çıxarış ala bilmədiklərinə görə,  bu da MTK rəhbərlərinə imkan yaradır ki, istədikləri addımı atsınlar. Məsələn, bir mənzili bir neçə şəxsə satırlar. Bilavasitə qeydiyyat problemini həll etməklə, dediyim məsələlərin qarşısını almaq mümkündür. Hazırda adları çəkilən şirkətlərlə bağlı əgər cinayət tərkibi yaradan hallar varsa, dələduzluq faktları aşkar olunubsa, nəzərdə tutulan cəza növləri tətbiq olunmalıdır. Tikinti şirkətlərinin rəhbər şəxsləri cəzasını almalıdır. İnzibati pozuntulardısa, cərimələr müəyyən olunmalı, həmin şirkətlər cərimələnməli və onların qarşısında öhdəlik qoyulmalıdır ki, ikinci dəfə  bu addım atılanda daha böyük cərimə tətbiq olunacaq”. 

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!