Tikinti zamanı işçilər yıxıldı - Ölən var

saytların hazırlanması

Evə çatdırılma

Tikinti zamanı işçilər yıxıldı - Ölən var

Hadisə

25 May 2020 15:33 1297


Bu gün səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb.

TƏBİB-dən verilən məlumata görə, onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib.

Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir. Pepperoni pizza

Xatırladaq ki, APA-nın məlumatına görə, Şamaxıda bina inşası zamanı qaldırıcı kran aşıb və usta və fəhlələrdən 3 nəfər - Şamaxı rayonu Quşçu kənd sakini, 1995-ci il təvəllüdlü Heybətov Surət İslam oğlu və Şamaxı şəhər sakinləri, 1998-ci il təvəllüdlü İsgəndərov Zaur Qüdrət oğlu, 1959-cu il təvəllüdlü Fərəcov Sərdar Şahmar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlardan birinin vəziyyəti ağır olduğundan, müalicə üçün Bakıya göndərilmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!