Tikintidə 3-cü mərtəbədən yıxılan fəhlə öldü - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Tikintidə 3-cü mərtəbədən yıxılan fəhlə öldü - Azərbaycanda

Hadisə

25 Sentyabr 2019 19:24 1158


Xətai Rayon Polis İdarəsinin əməkdaşları tikinti meydançasında daha bir fəhlənin ölüm faktını qeydə alıblar. 

"Yeni Sabah" "Oxu.Az"a istinadən xəbər verir ki, bədbəxt hadisə sentyabrın 23-də, saat 15:00-da Nobel prospektində yerləşən “Ağşəhər”də baş verib. Fəhlə - Quba rayon sakini, 1996-cı il təvəllüdlü Nicat Əjdər oğlu Qonaqov yeddimərtəbəli yeni tikilinin üçüncü mərtəbəsindən yıxılıb. 

Zərərçəkəni “Baku City Hospital”a aparıblar, növbəti gün N.Qonaqov ölüb.  pizza hut

Hazırda faktla bağlı araşdırma başlanılıb. 

Rayon prokurorluğu tikinti meydançasında təhlükəsizlik tədbirlərinin nə üçün görülmədiyini araşdırır.

Qeyd edək ki, tikinti şirkətləri zəruri təhlükəsizlik tədbirləri görmədiyindən, Bakıdakı tikinti meydanlarında yuxarı mərtbədən yıxılmaqla ölüm faktı müntəzəm şəkildə qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!