“Tikintinin dayandırılması prezidentin siyasətinə uyğun deyil“

saytların hazırlanması

Evə çatdırılma

“Tikintinin dayandırılması prezidentin siyasətinə uyğun deyil“

Siyasət

02 Fevral 2019 16:36 1237


“Milli Məclisdə lakonik şəkildə fikrimi ifadə etdim. Söhbət  xüsusi olaraq Bakıda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin göstərişi əsasında  tikinti işlərinin dayandırılmasından gedir. Bu qədər uzun müddətdə tikintinin dayandırılmasını müsbət hal kimi dəyərləndirmirəm”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı  “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, bu sahədə insanların işsiz qalması yaxşı hal deyil:

“Düşünürəm ki, bu bir tərəfdən prezidentin  ölkəmizin abadlaşmasına, tikinti sektorunun inkişafına yönələn siyasəti, mahiyyətilə ilə uyğun deyil. Digət tərəfdən bu sahədə çalışan insanların işsiz qalması yaxşı hal deyil. Kütləvi informasiya vasitələrinin, o cümlədən bir sıra şəxslərin müsbət mənada çıxışıma verdiyi reaksiya göstərir ki, məsələ kifayət qədər aktualdır. Ümidvaram ki, Samir Nuriyev bundan nəticə çıxaracaq və tezliklə tikinti işlərinin aparılması üçün konkret addımlar atacaq”. Pepperoni pizza

Deputat qeyd edib ki, tikinti sektorunda standartlara cavab verməyən şirkətlərin, sahibkarların qarşısı alınmalıdır:

“Şəhərsalmaya, onun gözəlliyinə xələl gətirən tikinti işlərinin təbii ki, qarşısı alınmalıdır. Lakin bütövlükdə tikintinin dayandırılması başadüşülən deyil.  Harda nöqsanlar varsa, onlara mane olmaq lazımdır. Ümumiyyətlə tikinti işlərinin dayandırılması ilə bağlı yanaşma doğru deyil”.

Qeyd edək ki, Fəzail Ağamalı dünən Milli Məclisdəki çıxışında məhz tikinti işinin dayandırılması nəticəsində 50 min nəfərin işsiz qaldığını bildirmişdi.

Günay Rəsulqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!