ABŞ prezidenti Donald Tramp "TikTok"la bağlı sərəncam imzalayıb və bu proqramın ABŞ-də fəaliyyətini davam etdirməsinə icazə verib.
Yenisabah.az Sky News-a istinadla xəbər verir ki, keçən həftə ABŞ prezidenti Çin sədri Si Cinpinlə danışıqlar aparıb və onlar sazişin yekun şərtlərini müzakirə ediblər.
Çinli sahibi Pekində yerləşən "ByteDance" texnologiya şirkəti ABŞ aktivlərini satmasa, proqram 2025-ci ilin yanvarına qədər ABŞ istifadəçiləri üçün bağlanmalı idi. Lakin Tramp qadağanı 4 dəfə təxirə salıb. pizza mizza
Vitse-prezident Vensin sözlərinə görə, sövdələşmə təxminən 14 milyard dollar dəyərində qiymətləndirilir. Müqaviləyə əsasən, "TikTok"-un ABŞ əməliyyatları yeni birgə müəssisə vasitəsilə idarə olunacaq və "ByteDance" səhmlərin 20%-dən azına sahib olacaq, Ağ Evin yüksək rütbəli rəsmisi müqavilə imzalanmamışdan əvvəl bildirib.
Vens bildirib: "Çin tərəfdən müəyyən müqavimət oldu, lakin əldə etmək istədiyimiz əsas şey qanunun tələb etdiyi kimi, amerikalıların məxfiliyini təmin etməklə "TikTok"-un işləməsini davam etdirmək idi".
Tramp deyib: "Prezident si ilə danışdım. Yaxşı söhbət etdik, ona planlarımdan danışdım və o, "Davam et" dedi".
Telegram kanalımız