TikTok dezinformasiyaya qarşı mübarizə aparmaq üçün tətbiqə yüklənmiş süni intellektlə hazırlanmış şəkilləri və videoları etiketləyən ilk video paylaşma platforması olduğunu açıqlayıb.
Yenisabah.az xəbər verir ki, TikTok bu barədə açıqlama verib. Rəqəmsal məzmunun süni intellektlə istehsal edildiyindən xəbəri olmayan istifadəçilər səhv istiqamətləndirilirlər. Bunun qarşısını almaq üçün platformaya yüklənən foto və video məzmuna metadataların əlavə ediləcəyi, süni intellektlə istehsal olunduğu müəyyən edilən məzmunun etiketlənəcəyi bildirilib. Gələcəkdə bu məqsədlə audio faylların da skan ediləcəyi qeyd olunub.
Adobe, Arm, Intel, Microsoft, Truepic və digər şirkətlərlə əməkdaşlıqda yaradılan “Məzmun sübutu və həqiqilik koalisiyası”nın "məzmun etibarnamələri" texnologiyasından istifadə ediləcək. pizza
Şeyla Səmiyeva
Telegram kanalımız