TikTok – sənətkarların yeni vitrini kimi 

saytların hazırlanması

Evə çatdırılma

 TikTok – sənətkarların yeni vitrini kimi 

Rəqəmsal

15 İyul 2025 13:01 455


Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə rəqəmsal platformalar artıq təkcə əyləncə məkanı deyil, həm də kiçik biznes sahibləri və əl işi ilə məşğul olan sənətkarlar üçün unikal imkanlar təqdim edir. Xüsusilə TikTok platforması yaradıcı insanların əl işlərini geniş auditoriyaya tanıtması üçün əvəzsiz vasitəyə çevrilib. Bu platformada hazırladıqları məhsulların hazırlanma prosesini və son nəticəsini paylaşan sənətkarlar həm izləyicilərinin marağını cəlb edir, həm də potensial müştərilər qazanırlar.

TikTok-un təqdim etdiyi videoların qısa və dinamik formatı sayəsində əl işləri ilə məşğul olan şəxslər öz sənətlərini daha yaradıcı şəkildə təqdim edir, izləyicilər isə maraqlı, canlı və fərqli məzmunla tanış olur. Bu da sənətkarların işini daha geniş kütləyə çatdıraraq satışlarını və tanınırlıqlarını artırmağa şərait yaradır. 

Bu məqaləmizdə isə maraqlı, kreativ və fərqli əl işləri hazırlayan 5 yaradıcı ilə sizi tanış edirik.  Toyuqlu pizza

@elnurandzuzu

TikTok platformasında əl işləri sahəsində fərqliliyi və kreativliyi ilə seçilən səhifələrdən biri də bu hesabdır. Rəngarəng və gözoxşayan paylaşımları ilə izləyicilərini valeh edən səhifənin müəllifi Zəhra, şamlar, telefon üçün fərdi kabrolar və gipsdən hazırlanmış dekorativ əşyalar yaradır. O, həm də izləyicilərini düşündürərək onlara öz əl işlərini yaratmaq fürsəti verir – səhifəsində onlayn təlimlər təqdim edir, izləyicilərinə bütün mərhələləri addım-addım izah edir.

@elnurandzuzu səhifəsi əl işləri ilə maraqlanan hər kəs üçün həm gözəl ilham mənbəyi, həm də yaradıcı bacarıqlarını inkişaf etdirmək üçün mükəmməl platformadır. TikTok-un verdiyi imkanlardan istifadə edərək Zəhra əl işlərini daha geniş auditoriyaya tanıdır, yeni müştərilər qazanır və öz kiçik biznesini uğurla böyüdür.

@aiszeal

Bu səhifənin müəllifi ənənəvi sənətə yenilikçi yanaşma gətirərək, yundan şal  buket, çanta, oyuncaq və daha nələr-nələr hazırlayır. Hər bir əl işi özündə sadəcə estetik zövqü deyil, həm də böyük zəhməti əks etdirir. Buna görə də, Aiszeal-ın məhsulları həm şəxsi istifadəyə, həm də kreativ hədiyyə seçimi kimi ideal seçimdir.

TikTok bu yaradıcı üçün təkcə bir paylaşım platforması deyil, həm də biznesini böyütmək üçün geniş imkanlar təqdim edən rəqəmsal vitrindir. Videolar vasitəsilə izləyicilər əl işlərinin hazırlanma prosesini addım-addım izləyir, məhsullar haqqında daha ətraflı məlumat alır və birbaşa sifariş edə bilirlər. Hər paylaşım həm potensial müştəri auditoriyasını genişləndirir, həm də yaradıcıya öz işini daha geniş kütləyə tanıtmaq imkanı yaradır.

Bir sözlə, yaradıcı təkcə əl işi sənətini yaşatmır, həm də TikTok-un imkanlarından maksimum istifadə edərək ənənəvi sənəti müasir auditoriyaya sevdirir.

@handmade.by.nermin

Bu yaradıcı isə müxtəlif materiallardan orijinal breloklar, çantalar, aksesuarlar və dekorativ bəzək əşyaları hazırlayır. Hər bir əl işi zövqlü və unikaldır, izləyicilər tərəfindən böyük maraqla qarşılanır.

Yaradıcının TikTok-da ən çox izlənilən əl işlərindən biri isə xüsusi avtomobil asılqanıdır. Kristal muncuqlardan hazırlanmış bu parlaq və şıq asılqan maşına həm fərqli ab-hava qatır, həm də unikal dizaynı ilə diqqət çəkir. Video 287 min dəfə izlənərək böyük marağa səbəb olub və yaradıcının səhifəsinin məşhurluğunu daha da artırıb.

Handmade.by.nermin TikTok-un gücündən istifadə edərək əl işlərini geniş auditoriyaya çatdırır və ənənəvi sənəti müasir təqdimatla birləşdirərək kreativ dünyasını hər kəslə paylaşır.

@fredy_accessory_

TikTok-un populyar yaradıcı hesablarından biri @fredy_accessory_

həm əl işi, həm də hazır aksesuarları ilə izləyicilərin diqqətini çəkir. Zərif dizaynı, kreativ yanaşması və yüksək zövqlə hazırlanan məhsulları bu səhifəni digərlərindən fərqləndirir.

Yaradıcı fərdi sifarişlərə xüsusi önəm verir: məsələn, müştərinin adına uyğun olaraq unikal boyunbağılar hazırlayır. Onun əl işləri yalnız izləyicilərin marağını çəkməklə qalmır, həm də onları real müştəriyə çevirir. Beləliklə, fredy_accessory_ fərdi zövqlərə uyğun aksesuarlarla həm TikTok-da kreativ ilham mənbəyi, həm də etibarlı onlayn mağaza rolunu oynayır.

@adalle.gifts

Bu hesab rəngarəng lentlərdən hazırlanan yaradıcı gül və kəpənək buketləri ilə fərqlənir. Gənc xanımlar üçün çox şirin və kreativ hədiyyə olan bu əl işləri izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Hesabın xüsusiyyəti ondan ibarətdir ki, bəzi videolarda bu güllərin hazırlanması addım-addım izah edilir, bu da öyrənmək istəyənlər üçün əla fürsət yaradır.

Bundan əlavə, yaradıcı salfetka və digər sadə materiallardan da orijinal və maraqlı hədiyyələr hazırlayır. Hesab estetik və fərqli ideyaları ilə TikTok-da kreativ hədiyyə sevənlərin sevimli ünvanına çevrilib.

TikTok-da fəaliyyət göstərən bu əl işi hesabları sadəcə məhsul təqdim etmir — onlar hər paylaşımda zəhmət, sevgi və yaradıcılıq aurasını izləyicilərə ötürürlər. İzləyicilərlə qurulan isti ünsiyyət, fərdi sifarişlər və yaradıcı ideyalar bu səhifələri sadə biznesdən çıxarıb, insanların gündəlik həyatına rəng qatan, ruhunu oxşayan məkana çevirir. Əl işlərinə maraq göstərən hər kəs üçün bu hesablar həm ilham mənbəyi, həm də unikal hədiyyələr tapmaq üçün ideal ünvanlardır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!