“TikTok” yeni sosial şəbəkə yaradır

saytların hazırlanması

Evə çatdırılma

“TikTok” yeni sosial şəbəkə yaradır

Rəqəmsal

09 Aprel 2024 14:33 3847


“TikTok” yaradıcıları yeni sosial şəbəkənin – “TikTok Notes”-un yarandığını elan ediblər. 

Yenisabah.az TechCrunch-a istinadla xəbər verir ki, proqram “Instagram”la rəqabət aparacaq və istifadəçilərə öz “TikTok” hesablarında fotolar yerləşdirmək və mövcud yazılara baxmaq imkanı qazanacaq.

“TikTok” nümayəndələri yeni xidmətin inkişafını təsdiqləyiblər. Amma onun dəqiq nə vaxt görünəcəyi hələ məlum deyil. pizza hut

Bu yaxınlarda “TikTok”-un adi versiyasının kodunda fotoların dərci üçün sosial şəbəkə olan “TikTok Photos” xidmətinə, həmçinin “P” hərfini əks etdirən loqoya istinadlar aşkar edilib. Şirkət nümayəndələri bu xəbəri şərh etməyiblər. Üstəlik, işçi adı Şəkillər kimi görünən tətbiqin adının Qeydlər olaraq dəyişdirilməsinə qərar verilib.

Xatırladaq ki, “TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan qısa videoların dərci üçün sosial şəbəkədir. Tətbiqin bütün dünya üzrə aylıq istifadəçilərinin sayı 1 milyardı ötür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!