“TikTok”dan VPN-lə istifadə edənlərə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”dan VPN-lə istifadə edənlərə XƏBƏRDARLIQ

Rəqəmsal

10 Oktyabr 2023 21:59 70114


Azərbaycanda təxminən üç həftədir "TikTok" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. Amma məhdudiyyətin davam etməsinə baxmayaraq, hələ də "TikTok"dan istifadə edənlərə rast gəlinir. Bəziləri müxtəlif VPN proqramları vasitəsilə "TikTok" sosial şəbəkəsindən istifadəni davam etdirirlər. Amma çoxsaylı VPN-lər mövcud olsa da, əksər istifadəçilər bu proqramın yaratdığı risklərdən xəbərdar deyil.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev açıqlamasında VPN-nin yol açdığı təhlükələrdən danışıb. 

Onun sözlərinə görə, VPN istifadəçinin şəxsi məlumatlarını asanlıqla öyrənə bilir. Mütəxəssis deyir ki, bu proqram iki kompüter cihazı arasında olan məlumatları virtual tunel vasitəsilə şifrələyərək ötürən bir texnologiyadır: Toyuqlu pizza

"Yəni VPN qurulmuş cihazlarda informasiya şifrələnir və digər tərəfdə deşifrələnir. Bununla bağlı bir sıra VPN proqramları mövcuddur. Vətəndaşlarımız bu proqramlardan istifadə edərək fərqli ölkələrdəki serverlərə qoşularaq internet resurslarına bağlana bilərlər. Müharibə dövründə ölkəmizdə bəzi sosial media və internet resurslarına giriş qadağan edildiyi üçün vətəndaşlar VPN proqramından istifadə edərək bu resurslara qoşulmağa çalışırdı. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı risklər yaradır". 

"Əsas risklərdən biri odur ki, VPN proqramını mobil cihaza quraşdırdıqda müxtəlif qovluqlara, kontakta giriş icazəsi istəyir və ya icazə istəmədən daxil olur. Nəticədə şəxsi məlumatlar qarşı tərəfin əlinə keçə bilər. Digər risk isə VPN-ə bağlanan zaman bütün addımların izlənilə və hətta, şəxsi məlumatların qarşı tərəflərə sızdırıla və ya satıla bilməsidir. Bu baxımdan VPN-dən istifadə edən vətəndaşlar VPN proqramlarını quraşdırdıqda diqqətli olmalıdırlar. Əks halda onların şəxsi məlumatları asanlıqla təhlükə altında olacaq", - deyə İT mütəxəssisi vurğulayıb. 

Məlumat üçün bildirək ki, ölkəmizdə ən çox istifadə olunan riskli VPN proqramlarına "Psiphon", "NordVPN", "Hotspot Shield", "Turbo VPN", "TouchVPN", "Speedify" və digərləri daxildir. 

Qeyd edək ki, sentyabrın 19-dan etibarən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.İqtisadiyyat.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • TİKTOK HACKED, VPN HACKED
    TİKTOK NEYE LAZIMDI HEÇ NEYE!
    3 years ago
  • Hacker
    TİKTOKU AÇMAYIN ƏCƏB ELİYİRSİNİZ GEREK BU VPNLARIDA YIĞIŞDIRAQ!
    3 years ago
  • V
    Sakar
    3 years ago
  • Cemil
    Zaten sanal dunya 00101000 ibaretti bunubilen isdenilen insan sizin bilgilere erise biler. Bu na gore tek wpn hox bir cihaz islettdikde diqqetli olmalisiz
    3 years ago
  • Anar
    Salam. Xaiş edirəm mənim çəkilişə ehtiyacım var. İmkan varsa gəlib çəkiliş edin.
    3 years ago
  • Tural
    Qadaga qoyulmaqina cox sevindim kaw hec acilmiya ama bu vpncileride bir yolluq etsinner umumiyyetle tiktok olmasin
    3 years ago
  • Ayn
    Dövlət ne edirse əcəb edir tik toku Azerbaycan da bağlasınlar bir dəfəlik milletimizin ayağı baş alıb gedir pozulub her kes adında qoyublar ki qazaniriq
    3 years ago
  • Mustafa
    Bizə xəbardarlığ edəcəyinizə açın tiktoku vpn yığışdırağ
    3 years ago
  • AKŞİN
    Tamam
    3 years ago
  • AKŞİN
    Kama1982
    3 years ago
  • Gülçin
    Tamam
    3 years ago
  • Nihad
    Ən yaxşısı Planet Vpn di
    3 years ago
  • Amid
    Salam ünvanlı sosial yardım müraciət edirsən yoxlama rayonlara 2ay sonra gelir
    3 years ago
  • Qismət
    Niyə bağlanib səbəbini bilmək bizimdə haqqımızdır
    3 years ago
  • Alicapparr????????????
    Mən hesap isdion
    3 years ago
  • Jkhcjm
    Tiktoku açìnda
    3 years ago
  • Əli
    Tik tokun bağlanmasına səbəb nədi?
    3 years ago
  • Gularə
    Tik toku açın
    3 years ago