TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

TIR-ın təkəri partladı, yol kənarındakı maşınlara çırpıldı - Fotolar

Hadisə

29 İyun 2020 23:34 1316


Goranboyda iri tonnajlı yük avtomobili bir neçə minik avtomobilini yararsız hala salıb.

Yenisabah.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Mercedes" markalı TIR-ın şininin partlaması nəticəsində iri tonnajlı avtomobil əvvəlcə yolayırıcı məhəccərə, daha sonra isə yolun kənarında olan iki "Mercedes" və bir "VAZ 21099" markalı avtomobilə çırpılaraq onları yararsız hala salıb.

Qəza zamanı TIR-ın sürücüsünün xəsarət aldığı bildirilir.  Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.  

/Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!