TIR-la marşrut avtobusu toqquşub- Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

TIR-la marşrut avtobusu toqquşub- Xəsarət alanlar var

Kriminal

06 Fevral 2019 17:45 1032


Bu gün səhər saatlarında Bakıda TIR-la 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyindən  bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır. 

Qurumdan qeyd olunub ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta stabildir”. Dördpendirli pizza

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!