Tofiq Yaqublu barədə həbs qərarı verildi

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Yaqublu barədə həbs qərarı verildi

Siyasət

15 Dekabr 2023 17:44 608


Dekabrın 14-də saxlanılan Milli Şura üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub.

Qərara əsasən, Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sezar pizza

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Tofiq Yaqublunun Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və evində axtarış aparılması barədə məlumat yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!