“Tofiq Yaqublunun azadlığa buraxılması humanizm nümunəsidir“   - Hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

“Tofiq Yaqublunun azadlığa buraxılması humanizm nümunəsidir“ - Hüquq müdafiəçisi

Maraqlı

18 Sentyabr 2020 17:46 1517


Bu gün Bakı Apellyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilən Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Bildirək ki, Tofiq Yaqublu 17 gün idi ki, aclıq aksiyası keçirirdi.

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında qeyd edib ki, yaranmış vəziyyətdə məhkəmə Tofiq Yaqublu ilə bağlı olduqca uğurlu bir qərar qəbul edib:

“Çünki Tofiq Yaqublunun səhhəti ilə bağlı problemlər ciddiləşməyə doğru gedirdi. Belə olan halda şübhəsiz ki, onun barəsində Apellyasiya məhkəməsindəki baxışa qədər qəti-imkan tədbirinin  dəyişdirilməsi çox vacib idi. Bu, həm humanizm nümunəsidir, həm də hesab edirəm ki, Tofiq Yaqublu ölkənin ərazi bütövlüyü uğrunda vuruşmuş şəxsdir və bu cür insanlara belə münasibətin göstərilməsi yaxşıdır. Yaxşı ki, o, azadlığa çıxdı. Məhkəməyə qədər azadlıqda, yəni öz doğmalarının yanında olacaq. Bu, onun səhhətinə müsbət mənada təsir göstərəcək. Düşünürəm ki, qarşıdakı məhkəmə prosesində də məhkəmə ədalətli qərar qəbul edəcək və Tofiq Yaqublunun azadlığa qovuşmasının şahidi olacağıq”. Dominos pizza

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!