Tofiq Zülfüqarov  10 noyabr bəyanatını “səhv“ sayanların bostanına daş atdı

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Zülfüqarov 10 noyabr bəyanatını “səhv“ sayanların bostanına daş atdı

Siyasət

08 İyun 2022 10:50 2274


"Ukraynada hərbi əməliyyatlar başlayandan sonra sosial şəbəkələrimizdə 10 noyabr 2020-ci il bəyanatının səhv və hərbi əməliyyatların davam etməli olduğunu iddia etməyə davam edən insanlar yoxa çıxdı..."

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

Eks-nazir davamında qeyd edib: Toyuqlu pizza

"Hətta Laçın, Kəlbəcər və Ağdam rayonlarının itkisiz azad edilməsini təmin edən sülhməramlıların hərəkətlərini “...bizim üçün qızıl yumurta qoyan toyuq..” adlandıranda da çoxları məni qınadı.

Aydındır ki, Minsk qrupundan və digər qurumlardan olan “sülhməramlılar”ın ikiüzlüyünü anlamaq üçün... bəziləri Ukrayna kimi bir ölkənin faciəsini görməli idi.

İndi isə elə bir dövr gəlir ki, işğaldan azad edilmiş ərazilərdə güclənib, qalan məsələləri yeni geosiyasi reallıqlardan istifadə etməklə həll edə biləcəyik..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!