Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlaması zamanı bildirib ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan deyil, İran mane olur. O, kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib. Ermənistan XİN başçısı vurğulayıb ki, kommunikasiyaların açılmasına dair danışıqlarda Azərbaycanla müəyyən irəliləyiş var, lakin yekun nəticələr barədə danışmaq hələ tezdir.
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Demokrat.az-a açıqlamasında bildirib ki, burada ziddiyyətli məqamlar var:
"Düzdür fikirləşmək üçün belə bir mövzu mövcuddur. Düşünürəm ki, bundan sonra da buna aid hansısa fikirlər səslənəcək. Bu zaman aydın olacaq ki, vəziyyət necədir. Bəzi səbəblərə görə İran buna qarışır. Amma Ermənistan da mövqeyi səsləndirilsə görəcəyik ki, orada da etirazlar var. Toyuqlu pizza
Ermənistan istəyir ki, onu yurisdiksiyaya oturtsun. Amma elə görünür ki, İran heç bir halda Zəngəzur dəhlizinin açılmasını istəmir".
Telegram kanalımız