Tofiq Zülfüqarov “Laçın dəhlizi bağlanmalıdır” çağırışını niyə düzgün saymır? 

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Zülfüqarov “Laçın dəhlizi bağlanmalıdır” çağırışını niyə düzgün saymır? 

Siyasət

30 Noyabr 2022 12:03 1242


“Opponentlərimizin və bəzi populistlərin təklifi ilə səhvən “LAÇIN DƏHLİZİ BAĞLANMALIDIR” cümləsi bir az qəribə səslənir”.

Yenisabah.az xəbər verir ki, bunu öz “Facebook” hesabında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O əlavə edib: “Əminəm ki, məqsədimiz ölkəmizin ərazisinə silah-sursatın daxil olması, antikonstitusiya fəaliyyətində və təbliğatında, qaçaqmalçılıqda, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər və s. üçün keçid imkanlarını bağlamaqdır. Qanunlarımıza zidd olmayan fəaliyyətlər, o cümlədən humanitar əlaqələr isə maneəsiz davam edə bilər və davam etməlidir. Pepperoni pizza

Belə bir rejimin təmin edilməsi üçün qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Sülməramlı Müşahidə Məntəqələri (SMM) ilə yanaşı, sərhəd mühafizə xidməti postunun, gömrük xidməti və fitosanitar nəzarətinin yaradılması kifayətdir.

Bu, Azərbaycanın dövlət strukturlarına, “Sərhəd haqqında” Qanunun tələblərini təmin etmə, Rusiya sülhməramlılarına 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarına uyğun olaraq təhlükəsizliyi təmin etmə kimi fərqli funksiyaların ayırd edilməsinə imkan verəcək.

Belə bir yanaşma problemin həllində vəziyyətin konfliktsiz transformasiyasını təmin və əks-təbliğatda opponentlərimizi dəlillərdən məhrum edəcək.

P.S. Təxribatların qarşısını almaq üçün postlarımızın fəaliyyətinin daimi onlayn rejimdə olması məqsədəuyğun olardı... 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!