"Nensi Pelosi haqqında xatirələrdən: 1998-ci ilin yayında ABŞ konqresmenləri Ermənistan və Azərbaycanda səfərdə olublar. F.Pallone də daxil olmaqla, demək olar ki, bütün ermənipərəst lobbiçilər heyətə daxil idi. Onların hər birinin ən iyrənc bəyanatlar verdiyi Ermənistana səfərdən sonra ABŞ səfirliyindən mənə bildirdilər ki, konqresmenlər qaçqınlarla görüşməkdən imtina edirlər".
Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" hesabında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.
O qeyd edib: "Prezident Heydər Əliyevin keçirdiyi müşavirədə qərara alındı ki, mən və Qaçqınlar və Köçkünlərin İşləri üzrə Komitənin sədri Ə.Həsənov onları təyyarənin enişində qarşılayaq və onları israrla qaçqınlar üçün çadır düşərgəsinə aparacaq helikopterə minməyi təklif edək. Təklifdən imtina edənləri "didişdirmə" üçün jurnalistlərə verək... Dördpendirli pizza
Pelosi və bir neçə başqa şəxs uçdu, F.Palone və arvadı qətiyyətlə imtina etdilər. Sonra bütün mətbuat bu barədə həm burada, həm də xaricdə yazdı. Pelosi bədbəxt qaçqınların yaşayış şəraitini görəndə hətta göz yaşlarına boğuldu. Doğrudur, erməni seçicilərin səslərinə görə hələ də ermənipərəst lobbiçilərin əsas fiqurlarından biridir.
Düşünürəm ki, Tayvana gəldikdən dərhal sonra o, Koreyada çıxış edərək “strateji qeyri-müəyyənlik” siyasətindən uzaqlaşma kimi qiymətləndirilmiş bəyanatla çıxış edən Baydenin səhvini düzəldəcək.
Buna görə də hesab edirəm ki, Pelosinin əsas məqsədi məhz Taypeydə ABŞ və Çin arasında gərginliyin bu səbəbini aradan qaldırmaqdır".
Telegram kanalımız