Tofiq Zülfüqarov Rusiya XİN-in payını verdi:  “Suveren hüquqlarımızı pozmayın!“

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Zülfüqarov Rusiya XİN-in payını verdi: “Suveren hüquqlarımızı pozmayın!“

Siyasət

21 Yanvar 2022 10:52 16219


"Mariya Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülhməramlı əməliyyatlar sülhə məcburetmə əməliyyatdan (bu, yalnız BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi əsasında həyata keçirilə bilər) fərqli olaraq, qəbul edən ölkənin suverenliyinə məhdudiyyətlər nəzərdə tutmur. 

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O əlavə edib: "Bu o deməkdir ki, dövlət sərhədinin rejimini və iqtisadi məkanın mühafizəsini tənzimləyən ölkəmizin qanunlarının icrası sülhməramlı qüvvələrə həvalə edilə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət sahəsində hüquq-mühafizə və təhlükəsizlik funksiyası ilə məhdudlaşır. VƏSSALAM! pizza hut

Daha sonra Tofiq Zülfüqarov qeyd edib:

"Odur ki, madam Perkesin SVR-dəki (Slujba Vneşney Razvedki - Rusiya Xarici Kəşfiyyat Xidməti) kuratorları tərəfindən təşkil edilən səfəri qanunsuzdur və 10 noyabr 2020-ci il tarixli Bəyanatın ruhuna və məzmununa ziddir.

Əgər kimsə Fransada keçiriləcək prezident seçkilərinə təsir etmək istəyirsə, qoy bunu bizim suveren hüquqlarımızı pozmaq hesabına etməsin!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Kazim
    Təşəkkürlər Tofiq Bəy. Fikriniz yerində və dəqiqdir. Vaxt gəlir Rusiya da Moskva ətrafından ibarət bir ölkə olanda, Mariya kimilərin nə danışacağıq və nə edəcəyi maraqlı olar. Bizim torpaqlarımızın bir qismini qaytarmaqla, işimizin bitdiyini düşünmürük. Bizdən qoparılan torpaqları qaytarana qədər biz mübarizəmizi davam etdirəcəyik!
    4 years ago
  • Rafiq
    Axl mən rus sülhməramlılarını söymək istəyirəm. O da olmazsa bəs o zaman mən nə yazım.
    4 years ago
  • Mahir
    Tofiq müəllimin rəyini hüquqi cəhətdən düzgün sayıram.
    4 years ago