Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yeni təkliflərlə çıxış edib. Yenisabah.az xəbər verir ki, o bildirib ki, indi ən təsirli olan məsələ işğaldan azad edilmiş ərazilərdə görülən işlərin həcmi və intensivliyidir. Keçmiş nazir bunun yalnız başlanğıc olduğunu qeyd edir:
Bölgədəki qarşı tərəfdə baş verənlərə diqqət çəkən T. Zülfüqarov qeyd edir ki, söhbət təkcə ermənilərdən deyil, həm də Rusiya və onun Minsk qrupundakı tərəfdaşlarından gedir: “Hazırda kənar oyunçuların məqsədi erməni strategiyası ilə üst-üstə düşür: bölgənin mövcud, uzunmüddətli münaqişələrin idarə edilməsi mexanizmi olaraq mövcud vəziyyəti "dondurmaq".
Burada onların əsas problemi yaranır - "həyat qabiliyyətliliyi". Bunun mənası nədir? Vasitəçi və sülhməramlı "oyununu", mahiyyətcə imperialist siyasətini (kommunizm dövrünün terminologiyasından istifadə etdiyim üçün üzr istəyirəm, amma ağlıma gələn ən düzgün tərif budur) davam etdirmək üçün onlara bir "predmet" və ya "obyekt"ə ehtiyac duyurlar”. pizza hut
Züfüqarov qeyd edir ki, bu qüvvələrin əsas problemi burada gizlənir - Qarabağda qalan ermənilər bu oyunda kukla olmaq istəmir və sürətlə bölgəni tərk edirlər.
“Buna görə də sual yaranır: bundan sonra nə etməli? Münaqişə idarəçilyi mexanizminin işləkliyini necə təmin etməli?
Prinsipcə, iki növ strategiya mümkündür:
1. Bölgədə qalan ermənilərin böyük hissəsini münaqişəsiz təxliyəsi ilə "Qarabağ mövzusu"nun bağlanması (erməni xalq mahnı və rəqslərindən ibarət şərti ansambl şəklində siyasi və mədəni əlavələr üçün cüzi kütlə saxlamaqla).
2. Bundan sonra münaqişəni yalnız Ermənistan-Azərbaycan dövlət sərhədi zonasına köçürmə. Bu mövzu hər üç "həmsədr"in üçün ayrı-ayrılıqda istifadə etmək üçün predmet və obyekt formalaşdırma potensialına malikdir.
Üzərində dayanılmalı üçüncü variant - Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatların bərpasıdır. Bunun təşəbbüskarı, əlbəttə, "sülhməramlıların arxası"ndan "sülhməramlılar qoruğunun" sürətlə boşalmasını müşahidə etməyə hazırkı vəziyyətin imkan verdiyi Azərbaycan olmayacaq.
Təşəbbüskarlar, ilk növbədə, "həmsədrlər"lə razılaşaraq... "ara opyat genisid" ("yenə soyqırımı - tərc.)..." təbliğat kampaniyası ilə qarşıdurmalara səbəb ola biləcək ermənilərin özləri ola bilərlər.
Bu addımın əsas məqsədi 10 noyabr tarixli razılaşmaları yenidən nəzərdən keçirmək və hər şeydən əvvəl sülhməramlı əməliyyatın mahiyyətini sülhə məcbuetmə əməliyyatına çevirməklə yeni bir qarşıdurma reallığını formalaşdırmaq istəyi olacaq. Yəni Azərbaycanın bu ərazi üzərində suverenliyini tamamilə itirməsi və "sülhə məcbur edilənlərin" tam və praktiki olaraq məhdudiyyətsiz nəzarətinə keçməsi.
Bu yaxınlarda ya yeni müharibə, ya da erməni əhalisinin Qarabağdan tamamilə çıxması ilə bağlı fikir səsləndirən erməni siyasətçilərinin bəyanatı məhz belə başa düşülməlidir. Əgər bu barədə danışmağa başlayıblarsa, vəziyyətin ciddiliyini başa düşürlər. Yeganə sual budur ki, yenə başqasının oyununda sövdələşmə predmeti olmağa razı olacaqlar, ya yox?”.
Telegram kanalımız