Tofiq Zülfüqarovu düşündürən 2 sual:   “Biz bilirdik, amma Putin bilmirdi“

saytların hazırlanması

Evə çatdırılma

Tofiq Zülfüqarovu düşündürən 2 sual: “Biz bilirdik, amma Putin bilmirdi“

Siyasət

06 Mart 2022 09:13 25995


"Cavabını tapa bilmədiyim iki sual var".

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

O bildirib: "Biz, bütün FB analitikləri hələ müharibədən əvvəl bilirdik ki, Ukraynaya qarşı silahlı təcavüz Rusiyanın bəyan etdiyi məqsədlərə çatmağa imkan verməyəcək... Bilirdik, amma Putin bilmirdi. Belə bir şey ola bilərmi? pizza sifarişi

Prezident Zelenski niyə Minsk prosesi və Ştaynmayer (Almaniya prezidenti - red.) düsturuna razı olmadı? Axı danışıqlara başlamaq bütün şərtləri qəbul etmək demək deyil.... Vaxtı uzatmaq və daha sərfəli şərtləri gözləmək olardı... Axı almanların və fransızların təklif etdiyi də məhz bu idi.

Ən əsası, Ukrayna hələ də bloklara qoşulmama statusunu qəbul edirsə, o zaman müharibə nəyə lazım idi?

Hələ başa düşməmişəm, nəsə üst-üstə düşmür..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!