Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcək.
Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar martın 6-da Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
O, Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib. Dördpendirli pizza
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Telegram kanalımız