Toivo Klaar: Aİ-nin sülhün təmin olunmasında iştirakı kiməsə qarşı deyil

saytların hazırlanması

Evə çatdırılma

Toivo Klaar: Aİ-nin sülhün təmin olunmasında iştirakı kiməsə qarşı deyil

Siyasət

11 Aprel 2023 17:41 541


Cənubi Qafqaz Avropa İttifaqının (Aİ) qonşuluğundadır. Bizim regionun üç ölkəsi ilə uzunmüddətli əlaqələrimiz var.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə yerləşən “European Policy Center” beyin mərkəzi tərəfindən təşkil olunan “Cənubi Qafqazda təhlükəsizlik: Aİ-nin rolu nədir?” müzakirəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqazın çiçəklənməsində, sülh və sabitliyin təmin olunmasında marağı var: “Regionda müsbət inkişaf bizim marağımızdadır. Bizim bunun təmin olunmasında iştirakımız heç kimə qarşı deyil. Cənubi Qafqaz bizim qonşuluğumuzdadır və burada sülh və sabitlik istəyirik”. Dördpendirli pizza

Xüsusi nümayəndə Rusiyanın Ukraynaya qarşı müharibəsinin Aİ-nin regionla bağlı siyasətinə və aktivləşməsinə ciddi dəyişiklik etmədiyini deyib.

O qeyd edib ki, Aİ 2020-ci ildə 44 günlük müharibədən sonra region ölkələri ilə daha fəal işləməyə başlayıb: “Bir daha qeyd etmək istərdim ki, Aİ daha əvvəl prosesdə iştirak edirdi, bizim təmaslarımız Ukraynanın işğalına görə artmayıb, bundan əvvəl artıq bu təmaslar var idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!