Prezident Kasım-Jomart Tokayev Qazaxıstan konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirməyi təklif edib.
Yenisabah.az "KazTag"a istinadla xəbər verir ki, o, bir neçə gün əvvəl partiyasından istefa verərək "tərəfsiz prezident" olacağını bildirib.
Tokayevin “yeni Qazaxıstan” modelinin qurulmasına yönəlmiş islahat paketi bunlardır:
Ölkədə mövcud olan super-prezidentlik sisteminə son qoyulacaq;
Güclü parlamenti olan prezident idarə-üsuluna keçid olacaq;
Prezident vəzifədə olduğu müddətdə siyasi partiyanın üzvü ola bilməyəcək.
Mərkəzi Seçki Komissiyası, Hesablama Konitəsi, Konstitusiya Şurası kimi qurumların sədrləri və üzvləri siyasi partiyalara üzv ola bilməyəcəklər;
Prezidentin yaxın qohumlarının dövlətdə yüksək vəzifələrə və yarıdövlət şirkətlərinin rəhbərliyinə gətirilməsi qanunla qadağan olunacaq;
Qanun qəbul etmək səlahiyyəti yalnız Parlamentin aşağı palatası olan Məclisin əlində olacaq. Sözügedən islahatla səlahiyyətlərin genişləndiriləcəyi Məclisdə bütün sosial təbəqələrin təmsil olunması üçün proporsional təmsilçilik sistemi tətbiq ediləcək;
Partiyaların seçkiyə qatılmaq üçün toplamalı olduqları imzaların sayı 20 mindən 5 minə enəcək;
Konstitusiyanın 30-dan çox maddəsinə dəyişikliklər ediləcək.
Telegram kanalımız