Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası üçün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının təsnifat turnirinin keçiriləcəyi ölkə müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Beynəlxalq Voleybol Federasiyasının rəsmi saytında məlumat verilib. Yığmanın yer aldığı D qrupunun oyunları 2 - 4 avqustda Braziliyada təşkil olunacaq. Milli vəsiqə uğrunda meydan sahibləri ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə mübarizə aparacaq.
Qeyd edək ki, ən yaxşı reytinqə malik 24 yığma 6 qrupa bölünüb. Qrup qalibi olacaq komandalar olimpiadaya vəsiqə qazanacaqlar. pizza mizza
Telegram kanalımız