Tolik əsgərə avtomobil alır -   Video

saytların hazırlanması

Evə çatdırılma

Tolik əsgərə avtomobil alır - Video

Mədəniyyət

13 Noyabr 2020 13:59 2619


Tanınmış prodüser Tarix Əliyev (Tolik) əsgərə avtomobil alır.

Yenisabah.az xəbər verir ki, ötən gün sosial şəbəkələrdə əsgərimizin avtomobil istədiyi video paylaşıldıqdan sonra Tolik onun istəyini yerinə yetirir.

Tarix bir maşın istəyərək, taksi sürücüsü işləyib, ailəsini dolandırmaq istədiyini deyən həbçimizin arzusunu yerinə yetirəcəyini deyib: pizza mizza

“Azərbaycanın mərd oğlu, adını bilmirəm, amma bilirəm ki, Prezidentimiz cənab İlham Əliyev sizin əziyyətinizi, şücayətinizi qiymətləndirəcək.

Amma başımdan böyük danışmayım. Maşın söhbəti alınmasa, sənə söz verirəm ki, bahalı da olmasa, bir maşın mən sənə hədiyyə edəcəyəm. Buna əmin ol. Bunu nəyəsə xatir demirəm. Sənin bunu ürəkdən istədiyinə görə yazdım”.

O, əsgərin şəxsiyyət vəsiqəsini yolladıqdan sonra maşını alacağını bildirib:

 “Sağ olsun dostumuz mənə əlaqə nömrəsi verdi. Səhər əsgərimizlə danışacam. Özü gəlməmiş şəxsiyyət vəsiqəsini yollasın dedim, gələnə qədər maşın qarajda gözləsin”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!