Hazırda bir çox məşhurlar "TikTok” sosial şəbəkəsində oyun oynayaraq gəlir əldə edir. Onlar arasında aktrisa Pərvin Abıyeva xüsusi diqqət çəkir. O, “Tik-Tok”dan 35 min dollar qazandığını bildirən aktrisanın açıqlaması mübahisələr doğurub. Bəziləri məbləğin şişirdiliyini iddia edir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı, prodüser Tarix Əliyev (Tolik) Pərvinin 35 min dollar gəlir qazandığını şübhəyə alıb.
O, qeyd edib ki, atılan jetonları pula çevirdikdə məbləğin hamısı qalibə qalmır:
“Pərvin Abıyeva “TikTok”dan qazandığı pulu mənim verilişimdə açıqladı. O, maraqlı xanımdır, 35 min dollar qazana bilər. Amma bir məqam var. 35 min dollar ümumi qazancdır. Pərvinin əlinə gələn pul 35 min dollar olmaya bilər.
O, “TikTok”da atılan jetonlar sayəsində pul qazanır. 1 milyon jetonun qiyməti 12-13 min dollardır. Həmin məbləğin cəmi 5 min dolları həmin şəxsə qalır. Yəni 1 milyon jetondan yalnız 5 min dollar pul qazana bilirsən.
Ola bilsin ki, Pərvin Abıyeva jetonlardan gələn ümumi məbləği deyib, amma əlinə alacağı pul 15-20 min olub. Bu qazanc normaldır. Özünüz də bunu saya bilərsiniz. Tətbiqə daxil olduqda yuxarı küncdə həftəlik analiz olur, orada 1 milyon jeton atıldığı göstərilirsə, bilin ki, qalib şəxsin artıq 5 min dolları var.
1 milyon jeton qarşılığında məhz bu qədər gəlir əldə edə bilirsən”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız