Tolikdən sərt xəbərdarlıq: “İndidən hər kəs bilsin...”

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən sərt xəbərdarlıq: “İndidən hər kəs bilsin...”

Şou

20 Aprel 2026 10:37 681


Aparıcı Tarix Əliyev (Tolik) saytlar və sosial media səhifələrinin adminlərinə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o, “YouTube” platformasında yayımladığı “Səmimi” verilişindən materiallar götürüb, istinad etməyən hər kəs barədə rəsmi şəkildə şikayət edəcəyini bildirib.

Tolik paylaşımında yazıb: pizza hut

“Açıq şəkildə bildirirəm. Mənim “Səmimi” verilişimdən hər hansı sayt və ya “Instagram” səhifəsi material götürürsə, mütləq istinad göstərməlidir. Əks halda, heç bir xəbərdarlıq etmədən həmin səhifə barədə rəsmi şikayət ediləcək. Bu veriliş mənim rəsmi layihəmdir və bütün hüquqları mənə məxsusdur. İndidən hər kəs bilsin”.

Tarix Əliyev “Space” TV-də “Tarixin bir günü” verilişinin aparıcısı idi. Veriliş bağlandıqdan sonra o, uzun müddət yutubda yayımlanan “Səmimi” proqramını "dirildib". Aparıcı hələlik televiziyalara qayıtmaq haqqında düşünmədiyini də deyib.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!