Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar

Maraqlı

04 Avqust 2020 11:21 741


Tom Kruzun baş rolda çəkildiyi "Çətin tapşırıq 7" ("Mission Impossible 7") filminin yaradıcı heyəti ekran işi üçün 111 il əvvəl Polşanın Pilxovice kəndində inşa edilmiş körpünü partlatmaq istəyir.

xəbər verir ki, hakimiyyət artıq buna razılıq versə də, yerli sakinlər qərarın əleyhinə çıxırlar.

Axşam.az yazır ki, Polşa Mədəniyyət nazirinin müavini Pavel Levandovskinin sözlərinə görə, körpü istismardan çıxarılıb və heç bir tarixi dəyər daşımır. Onun fikrincə, çəkilişlərdə körpüdən istifadə dünya ictimaiyyətinin diqqətini ölkəyə cəlb edə bilər. pizza

Qeyd edək ki, "Çətin tapşırıq 7" filminin Polşadakı çəkilişləri aprel ayında başlayacaq. Ekran işinin premyerası 18 noyabr 2021-ci il tarixinə planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!