“Top qapı xəttini tam keçməmişdi” – Kərim Diniyev

saytların hazırlanması

Evə çatdırılma

“Top qapı xəttini tam keçməmişdi” – Kərim Diniyev

İdman

29 Aprel 2019 21:29 1088


Topaz Premyer Liqaqsının 26-cı turu çərçivəsində keçirilən “Sabah” – “Keşlə” (1:1) matçı bəzi qalmaqallı məqamlarla yadda qalıb.

“Sabah”ın müdafiəçisi Kərim Diniyev “Yeni Sabah”a açıqlamasında bu barədə danışıb. Futbolçu heç-heçəni şərh edərkən oyuna yaxşı hazırlaşdıqlarını, amma son saniyələrdəki bəxtsizlikdən dolayı qalib gələ bilmədiklərini söyləyib:

“Oyuna ciddi hazırlaşmışdıq, bizim üçün vacib oyun idi. Son oyunda səfərdə “Keşlə”yə 3:0 uduzmuşduq. Bunun əvəzini çıxmaq üçün meydana çıxmışdıq. Hesab da irəlidə idik, qol vurmuşduq və oyun bizim nəzarətimiz altında keçirdi. Amma son dəqiqələrdə başımıza bəxtsiz hadisə gəldi. 2 xalımız əldən getdi, heç-heçəylə razılaşmaq məcburiyyətində qaldıq. Amma qələbəyə layiq idik”.  Sezar pizza

Müdafiəçi qolun qeydə alınması ilə bağlı danışarkən həmin an topun xətti tam keçmədiyini bildirib:

“Artıq bu haqda danışmağın bir mənası yoxdur. Oyun bitib, hesab qeydə alınıb. Belə demək lazımdırsa, epizodun “baş qəhrəman”ı mən idim. Video görüntülərdə də hər şey görsənir. Mən son saniyələrdə topu sol sinə hissəmlə xəttin üstündən çıxartmışdım. Qoldur, ya qol deyil deməyimlə heç nə dəyişməyəcək. Hadisəyə ən yaxın olduğuma görə, deyə bilərəm ki, top qapı xəttini tam keçməmişdi”.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!