Topçu Vüsal evinə gəldi – Video

saytların hazırlanması

Evə çatdırılma

Topçu Vüsal evinə gəldi – Video

Rəsmi

12 Aprel 2021 08:10 1589


44 gün davam edən Vətən müharibəsi zamanı məğrurluq və döyüşkənlik simvoluna çevrilən və Topçu Vüsal adıyla tanınan əsgər Şahkərimov Vüsal İslam oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, "İctimai" TV-nin əməkdaşları onu evində qarşılayıb. Ailəsinin sevincinə şərik olublar.

Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan xalqı əsln Xaçmaz rayonundan olan V.Şahkərimovu Müdafiə Nazirliyinin yaydığı videodan tanıyıb. Top atəşini yerinə yetirdikdən sonra cəsur duruşu ilə igid Azərbaycan əsgərinin simvoluna çevrilən 19 yaşlı əsgər barədə video və fotolar qısa müddət ərzində sosial şəbəkələrin və medianın gündəminə çevrildi. pizza hut

Xatırladaq ki, V.Şahkərimov Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Daha ətraflı videomaterialda:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!